Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1-1,5 faiz artacaq - Dünya Bankı | Banco.az

Azərbaycan iqtisadiyyatı 2018-ci ildə 1-1,5 faiz artacaq - Dünya Bankı

Neftlə zəngin Azərbaycan iqtisadi artım mənbələrinin şaxələndirilməsində və iş şəraitinin yaxşılaşdırılmasında bir sıra irəliləyişlər əldə edib, lakin daha çox iş aparmaq lazımdır.

“Report” "Reuters"ə istinadən xəbər verir ki, bunu Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) rəsmiləri deyib.

Qeyd olunur ki, Azərbaycan iqtisadiyyatı qazla birgə dövlət gəlirlərinin 75, ÜDM-in isə 45 faizini təşkil edən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ciddi şəkildə zərər çəkmişdi. Lakin o, ötən il sabitləşərək neftin qiymətlərinin bərpası və xidmət və kənd təsərrüfatı sektorunun genişləndirilməsi sayəsində 0,1 faiz artım nümayiş etdirdi.

DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi "Reuters" agentliyinə verdiyi müsahibəsində deyib:

"Hələ çox işlər görülməlidir, lakin ... hökumət iqtisadiyyatın neft sektoru ilə əlaqəli olmayan sahələrin artımını stimullaşdırmaq üçün tədbirlər görür.

Azərbaycanda siyasətçiləri çeşidlənmədən danışarkən, kənd təsərrüfatı sektorunun inkişafı, xidmət sektorunun inkişafıni nəzərdə tuturlar".

O bildirib ki, Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1-1,5 faiz artacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

Naqvinin sözlərinə görə, keçmiş Sovet dövlətinin işgüzar mühitində əcnəbilərə vizaların verilməsi prosedurunun sadələşdirilməsi də daxil olmaqla son 18 ay ərzində bəzi əlamətlərin yaxşılaşması baş verib.

AİB-in Azərbaycandakı ofisinin rəhbəri Nəriman Mannəbəyov kənd təsərrüfatı sektorunda görülən tədbirləri və gömrük və vergi orqanlarının işinin yaxşılaşdırılması üçün struktur islahatların həyata keçirilməsini yüksək qiymətləndirib.

Mannabəyov "Reuters"ə müsahibəsində bildirib: "Biz gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq, gömrük rüsumlarının elektron ödənişini tətbiq etmək, lisenziya almaq üçün vaxtın azaldılmasında müsbət irəliləyiş görürük".

O qeyd edib ki, AİB kənd təsərrüfatında davamlı və nəticəyə yönəldilmiş islahatlar görmək istəyir, böyük dövlət müəssisələrində korporativ idarəetmənin gücləndirilməsi "iqtisadiyyat və onun şaxələndirilməsi üçün əlverişli olacaq".

Mannabəyovun sözlərinə görə, apreldə AİB ötən ilin sentyabr ayında verdiyi proqnozu bir qədər artıra bilər. Yeni proqnoza əsasən, 2018-ci ildə Azərbaycanın iqtisadi artımı 1 faiz təşkil edəcək.