Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb | Banco.az

Azərbaycan iqtisadiyyatı 1 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 72 milyard 429,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.

ÜDM istehsalının 35 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 21,1 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 7 077 manat olub.