Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır | Banco.az

Azərbaycan İpoteka Fondu nizamnamə kapitalını 19% artırır

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) yeni səhm emissiyasını dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 1 manat olan 58 761 329 ədəd səhmin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Son nəticədə AİF-in nizamnamə kapitalı 19,13% artaraq 307,239 mln. manatdan 366 mln. manata çatdırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, kapital artımı Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli fərmanında nəzərdə tutulub.

Ən sərfəli krediti almaq üçün müraciət et