Azərbaycan İpoteka Fondu 25 mln manat cəlb edəcək | Banco.az

Azərbaycan İpoteka Fondu 25 mln manat cəlb edəcək

Banco.az-ın Bakı Fond Birjasına (BFB) istinadən verdiyi məlumata əsasən, 28 sentyabr 2017-ci il tarixində  Azərbaycan İpoteka Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :

Qiymətli kağızın ISIN kodu

AZ2021008688

Emissiya həcmi

25 000 000 AZN

Nominal qiyməti

1000 АZN

Hərrac qiyməti

1001,67 AZN

İstiqrazların tədavül müddəti

18 il (6480 gün)

Faiz dərəcəsi

3 %

Faiz gəlirinin ödəniş müddəti

6 aydan bir (180 gün)

Anderrayter

Paşa Kapital İŞ QSC

Ən sərfəli kredit üçün müraciət et

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et