“Azərbaycan İnvestisiya Holdinqi” kotirovka sorğusunun nəticəsi olaraq “PAŞA Sığorta” ilə əməkdaşlıq edəcək!
Ölkə iqtisadiyyatının müasir çağırışlara cavab verməsi üçün fəaliyyət göstərən Azərbaycan İnvestisiya Holdinqi balansındakı avtomobillərin kasko sığortası ilə bağlı elan etdiyi kotirovka sorgusunun nəticəsi müəyyənləşib. Beləliklə, sorğu nəticəsində "PAŞA Sığorta" şirkəti bu holdinqə məxsus avtomobillərin kasko sığortası üzrə məsuliyyət daşıyacaq.
Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Bizi sosial şəbəkələrdən izləyin!!