İnsan Resursları sahəsində peşəkarlar bir araya gəldi | Banco.az

İnsan Resursları sahəsində peşəkarlar bir araya gəldi

Noyabr ayının 26-sında Holiday Inn otelində Azərbaycan İnsan Resursları Peşəkarları (AİRP) platformasının 1 illiyinə həsr olunan illik hesabat xarakterli tədbir təşkil olundu.

Tədbirdə müxtəlif yerli və xarici şirkətlərin HR-ları yer almaqla yanaşı platformanın tərəfaşlıq etdiyi şirkətlərin rəhbər şəxsləri də iştirak etmişlər. Platformanın təsisçisi və sədri olan Orxan İsayev AİRP olaraq insan resursları sahəsində müvafiq məqalələrin yazılması, praktiki təlimlərin keçirilməsi, əhəmiyyətli tədbirlərin həyata keçirilməsində konsultativ tərədaş olaraq yer almaq və HR-ların sosiallaşmasını və təcrübələrin paylaşılması istiqamətində həyata keçirdikləri iş və layihələri auditoriyaya çatdırdılar. Platformanın inkişafında dəstək göstərən biznes tərəfdaşları qismində müxtəliş şirkətlərin rəhbər şəxslərini təşəkkür etməklə yanaşı onları platformanın fəxri biznes tərəfdaş kartı, yaxa nişanı və plaketini təqdim edilməklə onlara çıxış üçün söz verildi. Gündən günə böyüyən platformanın uğurlarında əsas rol oynayan platforma üzvləri aktiv, ən aktiv üzv, səy və davamlı səyləri nominasiyaları üzrə AİRP-nin plaketləri ilə təltif olundular. Tədbirdə platformaya üzv olan şəxslər də diqqətdən kənar qalmadılar. Onlara plaformanın fərdi üzvlük kartı və yaxa nişanı təqdim olundu. 

Ən sərfəli kredit üçün müraciət et

AİRP-nin təsisçisi növbəti ildə platformanın icra edəcəkləri işlər və yeni layihələr və təbirlərlə bağlı məlumat verməklə yanaşı hər bir platforma üzvünə uğurlar dilədi və biznes tərəfdaşlara və tədbirə qatılan üzvlərə təşəkkürünü bildirdi.

Xatırladaq ki, AİRP Azərbaycanda əsasən müxtəlif yerli və xarici özəl və dövlət müəssisələrində insan resursları üzrə rəhbər və qeyri-rəhbər vəzifələrdə çalışan 100-dən çox insan resursları peşəkarının yer aldığı platformadır.  Platformanın əsas məqsədi insan resursları peşəsinin inkişaf etdirilməsi, rolunun artırılması və insan resursları peşəkarlarının təkmilləşdirilməsinə xidmət göstərməkdir. Bunun üçün platforma insan resursları və insan resursları peşəkarlarının biznes biliklərinin artırılması məqsədilə praktiki təlimlərin keçirilməsi, HR-lar arasında təcrübələrin paylaşılması, məqalə yazılması və nəşrlərin buraxılması, insan resursları ilə bağlı müxtəlif səpkili layihələrin həyata keçirilməsi, tədbirlərin təşkili və tədqiqatların aparılması kimi əsas fəaliyyət sahələrini istiqamət olaraq təyin etmişdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et