Azərbaycan insan inkişaf indeksinə görə 80-ci yerdədir | Banco.az

Azərbaycan insan inkişaf indeksinə görə 80-ci yerdədir

İnsan İnkişafı İndeksi (İİİ) 1990-cı ildən BMT tərəfindən qəbul edilən dünya ölkələrində əhalinin rifahını əks etdirən göstəricidir. Bu göstərici özündə 3 komponenti birləşdirir - sağlamlıq, gəlir və təhsil. Sağlamlıq orta ömür müddəti, təhsil onun orta müddəti, gəlir isə ÜDM-in adambaşına düşən hissəsi əsasında müəyyənləşir.

Ötən ilin göstəricilərinə əsasən dünya üzrə 189 ölkə arasında insan inkişafı yüksək olan ölkələr Norveç, İsveçrə və Avstraliyadır. Azərbaycan bu sıralamada 80-ci yerdə qərarlaşıb. Ermənistan istisna olmaqla, qonşu ölkələr bu göstəriciyə görə, Azərbaycanı qabaqlayıb (Rusiya-49, İran-60, Türkiyə-64, Gürcüstan-70).

Ən sərfəli kredit üçün müraciət et

Orta ömür müddətinə görə isə 84 yaşla Honq Konq və Yaponiya ilk yerləri tutur.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et