Azərbaycanın ABŞ-yə ixracı 32 dəfəyədək artıb | Banco.az

Azərbaycanın ABŞ-yə ixracı 32 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla ABŞ-nin ticarət dövriyyəsi bu ilin birinci yarısında 436 milyon 484 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 184,2 milyon dollar və ya 73% çoxdur. 

Hesabat dövründə Azərbaycan ABŞ-dən 272 milyon dollarlıq (24,8 milyon dollar və ya 10,1% çox) məhsul idxal edib. Azərbaycanın ABŞ-yə ixracı isə 164,5 milyon dollara (159,3 milyon dollar və ya 31,8 dəfə çox) bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et