Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib | Banco.az

Azərbaycan ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib

Azərbaycan yekdil səslə 2025-2026-cı illər üçün tarixdə ilk dəfə Beynəlxalq Nəqliyyat Forumunun prezidenti seçilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib/

Məlumata görə, bununla bağlı qərar bu gün Almaniyanın Leypsiq şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrin nəqliyyat nazirləri, yüksək səviyyəli nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Dayanıqlı iqtisadiyyatları təmin edən nəqliyyat” adlı Sammiti çərçivəsində təşkil olunmuş Nəqliyyat Nazirlərinin Şura iclasında qəbul edilib.

Tədbirdə iştirak edən nazir müavini Rəhman Hümmətov çıxış edərək ölkəmizə yüksək etimad göstərildiyinə görə Foruma üzv dövlətlərin nümayəndələrinə dərin təşəkkürünü bildirib, Azərbaycanın prezidentliyi dövründə görüləcək işlər və prioritetlər barədə məlumat verib. O, həmçinin Orta Dəhliz üzrə tranzit potensialının genişləndirilməsinə mühüm təsir göstərə və regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcək Zəngəzur dəhlizi haqqında danışıb.

Azərbaycan 2025-2026-cı illər üçün Forumun prezidenti seçilməsi ilə 2023-2024-cü illər üçün vitse-prezident, 2024-2025-ci illər üçün isə təşkilatın birinci vitse-prezidenti vəzifələrini icra edəcək. Eyni zamanda ölkəmizin Forumun “Beynəlxalq Daşıma Keyfiyyəti Xartiyası”nın tələblərinin daxili qanunvericiliyə inteqrasiyası prosesini başa vurmasını təşkilata üzv dövlətlər yüksək qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et