Müəllif:Mehin Qasımova/Banco.az
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 591,254 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 22,3% azdır.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Komitənin məlumatına görə, yanvar-fevral aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 20,8% azalaraq 155,131 milyon dollar, Rusiya Federasiyasından mal idxalı isə 436,122 milyon dollar (azalma 22,9%) təşkil edib.
Rusiya iki ayın yekunlarına əsasən Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Bu dövrdə Rusiya ilə ticarət əməliyyatları respublikanın xarici ticarət dövriyyəsinin 8,18%-ni təşkil edib.
2023-cü ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 17,5% artaraq 4 milyard 358 milyon dollara çatıb, 2023-cü ildə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının xüsusi çəkisi Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 8,52 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!