Azərbaycan bu ilin noyabr ayında qızıl ehtiyatının 2,97 tonunu yaxud 11,89%-ni satıb. Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı hesabatda deyilir.
Hesabata görə, dekabrın 1-nə Azərbaycanın qızıl ehtiyatları 22,015 tona düşüb. IMF-in açıqlamasında deyilir ki, oktyabrda isə Azərbaycan 4,2 ton qızıl satıb (14,39%) satıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatları 30,170 ton olub. Həmin tarixə IMF-in göstəriciləri isə 29,182 ton qızılın olduğunu göstərir.
Mənbə: Report.az