Azərbaycan I yarımildə meyvə-tərəvəz ixracından 330 mln. dollardan çox gəlir əldə edib | Banco.az

Azərbaycan I yarımildə meyvə-tərəvəz ixracından 330 mln. dollardan çox gəlir əldə edib

2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan 334 milyon 558 min dollar dəyərində 321 min 898 ton meyvə-tərəvəz ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 4.5% və ya 15 mln. 870 min dollar, həcmi isə 7.7% və ya 26 min 876 ton azalıb. 2023-ci ilin ilk yarısında Azərbaycandan 350 milyon 428 min dollar dəyərində 348 min 774 ton meyvə-tərəvəz ixrac edilib.

    Xatırladaq ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 136 milyon 949 min dollar dəyərində tomat (114 min 246 ton) , 51 milyon 900 min dollar dəyərində meşə fındığı (8 min 425 ton), 22 milyon 756 min dollar dəyərində alma (34 min 144 ton), 20 milyon 470 min dollar dəyərində kartof (48 min 234 ton), 27 milyon 780 min dollar dəyərində xurma (35 min 362 ton), 3 milyon 263 min dollar dəyərində nar (3 min 651 ton) olub.

    Ən sərfəli kredit üçün müraciət et

    Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.59%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 20.96%-ə bərabər olub.

    Ən sərfəli krediti almaq üçün müraciət et