Araşdırma: Gülnar Əhmədli, Banco.az
Qarşıdan Yeni il gəlir. Bayram tətili olduğu üçün insanlar istirahət üçün müxtəlif rayonlara üz tuturlar. Bu səbəblə bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırdıq.
Araşdırdığımız otellər arasında bayram paketlərinin qiymətləri 620 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün (2 nəfərlik) otaqların başlanğıc qiymətidir. Qiymətlər 2 gecə 3 gün üçün nəzərdə tutulub. Bəzi otellərdə bu qiymət 3 gecə üçündür.
Hazırda ən ucuz qiymət təklif edən otel Naftalanda yerləşən "Chinar Health Hotel"dir. Şəkidə yerləşən "Sheki Palace Hotel" və "Marxal Resort & SPA"da isə qiymətlər müvafiq olaraq 660 və 920 manatdan başlayır. Yay-qış fərq etmədən əyləncə və istirahət üçün ən çox səfər edilən rayonlarımızdan olan Qəbələdə başlanğıc qiymət 986 manatdır. Bu qiyməti "Gabala Garden Hotel" təklif edir. "Qafqaz Riverside Hotel" və "Qafqaz Tufandag Hotel"də isə qiymətlər müvafiq olaraq 1 595 manat və 1 699 manatdır. Buradakı digər otel "Gabala Karvansaray Hotel"də isə qiymət 1 390 manatdır.
"Shabran Wellbeing Resort"da isə Yeni il paketinin qiyməti 1 800 manatdır. Hotel Şabranda yerləşir.
Bu otellər arasında ən bahalı qiymət Quba və Qusarda yerləşən otellərdə təklif edilir. "Quba Palace Hotel"də qiymət 2 000 manat, "Park Chalet" və "Pik Palace" otellərində qiymət 3 100 manat və 3 960 manatdır. Qusarda yerləşən bu otellərdə minimum 3 gecə üçün rezervasiya edilməlidir. Qeyd edək ki, hər 3 otel də 5 ulduzludur. Qusardakı "Hill Park Hotel" isə Yeni il paketini 1 210 manata təklif edir. "Macara Lake Park Quba"da 2 nəfər üçün 2 gecəlik qiymət 1 690 manatdır. Əsas binadan kənar qiymət 1 390 manatdır.
İsmayıllıda yerləşən "Basqal Resort & SPA"da 2 gecə üçün 2 nəfərlik qiymət 1 860 manatdan başlayır.
"Sakit Gol Hotel Shamaky"da başlanğıc qiymət 1 250 manat, "Shamakhi Palace Sharadil"də 1 980 manat, "Shirvan Grand Hotel"də isə 1 390 manatdır.
"Lankaran Springs Wellness Resort"da qiymət 1 500 manatdır. Laçında fəaliyyət göstrərən "Lachin Resort & Spa" isə 1 600 manata Yeni il keçirməyi təklif edir.
"El Resort Qax"da qiymətlər daha münasibdir. Bu oteldə 2 gecə üçün 2 nəfərlik qiymət 866 manatdır. Şuşada yerləşən "Shusha Hotel"də isə qiymət 1 150 manatdır. Nabrandakı "River Inn Resort & Spa"da qiymət 1 069 manata bərabərdir.
Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə Qala Şam yeməyi, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, müxtəlif əyləncə proqramları, məşhur qonaqlar, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.
Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, artıq otellər dolmağa başlayıb. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!
