Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan 1020,54 mln. kilovatt/saat elektrik enerjisi idxal edib.
Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) məlumatında bildirilib.
İdxalın 820,870 mln. kilovatt/saatı və yaxud 80,43%-i Azərbaycanın payına düşüb.
Hesabat dövründə qonşu ölkənin ixrac etdiyi elektrik enerjisinin həcmi 240,65 mln. kilovatt/saat təşkil edib ki, bunun da 9,331 mln. kilovatt/saatı Azərbaycana yönəlib.
Bu ilin ilk doqquz ayı ərzində Gürcüstan Azərbaycandan Türkiyəyə 94,63 mln. kilovatt/saat həcmində elektrik enerjisi tranziti həyata keçirib.
Report.az