Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan cari ilin yanvar-aprel aylarında Gürcüstana 80 milyon 93 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 62 milyon 471 min dollar və ya 43,8% azdır.
Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 142 milyon 564 min dollar təşkil edib.
Hesabat dövründə bu ölkə Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.
Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (317 milyon 645 min dollar).
Bizi sosial şəbəkələrdən izləyin!!