Azərbaycan Gürcüstana qeyri-neft məhsullarının ixracını azaldıb | Banco.az

Azərbaycan Gürcüstana qeyri-neft məhsullarının ixracını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-fevral aylarında Gürcüstana 42 milyon 946 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 21 milyon 749 min dollar və ya 33,6% azdır. 

Ötən ilin eyni dövründə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 64 milyon 695 min dollar təşkil edib. 

Hesabat dövründə bu ölkə Azərbaycanın üçüncü əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (154 milyon 401 min dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et