Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayında Azərbaycanın Gürcüstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 1 milyon 390 min dollar və ya 5,5% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-dekabr aylarında Gürcüstana qeyri-neft ixracının dəyəri 26 milyon 469 min dollar təşkil edib.
2024-cü ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 25 milyon 79 min dollar olub.
Qeyd edək ki, yanvarda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiya (81 milyon 85 min dollar) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!