Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Gürcüstana 164,4 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Əlavə edək kİ, bu göstərici ötən ilin eyni dövründə 131.5 milyon dollar olub. Gürcüstan Azərbaycanın qeyri-neft məhsulu ixrac etdiyi beş əsas ixrac ölkəsi arasında üçüncü pillədə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
