Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 1 % artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstana 48,5 milyon ABŞ dolları investisiya qoyub.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % çoxdur.

Azərbaycan bu ilin I rübündə Gürcüstana 24,9 milyon ABŞ dolları (29,7 % çox), II rübündə isə 23,6 milyon ABŞ dolları (18,1 % az) sərmayə yatırıb.

Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (188,8 milyon ABŞ dolları, 3,9 % çox), Türkiyə (81,5 milyon ABŞ dolları, 3,2 % çox) və Çexiya (81,3 milyon ABŞ dolları, 63,9 % çox) olub.