Azərbaycan gömrüyü inzibati icraat üzrə rəqəmsal platformanın tətbiqinə hazırlaşır | Banco.az

Azərbaycan gömrüyü inzibati icraat üzrə rəqəmsal platformanın tətbiqinə hazırlaşır

Dövlət Gömrük Komitəsi inzibati icraat üzrə rəqəmsal platformanı bu ildən mərhələli şəkildə reallaşdırmağı planlaşdırır.

Bunu Komitənin sədr müavini Güloğlan Muradlı Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.

"Bu, inzibati prosedurlara nəzarətin həyata keçirilməsi, analitik təhlil aparılması, təkrarlanan mübahisələrin aradan qaldırılması üçün lazımi alətlər tapmağa geniş imkan yaradacaq. Bizim irəli sürdüyümüz rəqəmsal platforma - biz bunu hər il keçirilən Gömrük-Biznes Forumunda təqdim etmişik - dəyərin müəyyənləşdirilməsi üçün layihədir. Onun hesabına biznes subyektləri çox qısa zamanda malın gömrük dəyərini müəyyən edə biləcəklər. Komitə bir sıra addımlarla işin həcminin azalmasında mühüm rol oynayır. O cümlədən bəzi metodiki göstərişlər təsdiq olunub, aidiyyəti üzrə göndərilib. Bunlar, "İnzibati icraat haqqında" qanunun düzgün tətbiqi və digər məsələlərlə bağlıdır", - deyə o qeyd edib.

report