Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib | Banco.az

Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatı müsadirə edib

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn qonşu ölkənin vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilən 20 flakon "Kalsiy Folinat", 9 flakon "Citozar", 6 flakon "Docetaxel AqVid", 20 flakon "Gemcitabin", 98 flakon "Ciklofosfan", 9 flakon "Docetaxel Accord", 30 flakon "Oxaliplatin", 30 flakon "Oncosid" və hər birində 5 ampula olmaqla 6 qutu "Oncofluor" dərman preparatları aşkar edilib.

Ən sərfəli kredit üçün müraciət et

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et