Azərbaycan Fransaya 82 min tona yaxın neft ixrac edib | Banco.az

Azərbaycan Fransaya 82 min tona yaxın neft ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyul aylarında Fransaya 41 milyon 316 min dollar dəyərində 81 min 701 ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 15 milyon 769 min dollar və ya 27,6% azalıb.

Fransaya neft ixracının həcmi isə ötən ilin yanvar-iyul aylarına nisbətdə 8 min 11 ton və ya 8,9% azalıb. 

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında bu ölkəyə ixrac edilən neftin dəyəri 57 milyon 85 min dollar, miqdarı isə 89 min 712 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram