Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyəti və üzvlərinin iştirakı ilə “Visa Inc.” beynəlxalq kart təşkilatının nümayəndə heyəti arasında video konfrans formatında ilk görüş keçirilib.
Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyəti tərəfindən “Visa Inc.” beynəlxalq kart təşkilatının Mərkəzi Asiya və Azərbaycan üzrə regional meneceri Kristina Dorosun rəhbərlik etdiyi nümayəndə heyətinə ölkəmizdə formalaşan fintex ekosistemi və onun iştirakçıları, həyata keçirilən innovativ ödəniş həlləri, mövcud imkanlar və inkişaf perspektivləri haqqında ətraflı məlumat verilib.
Qarşılıqlı əməkdaşlıq istiqamətlərinin də geniş müzakirə olunduğu görüşdə fintex ekosisteminin və ümumilikdə rəqəmsal ödənişlərin daha da inkişaf etdirilməsi məqsədilə birgə həyata keçiriləcək layihələr müzakirə edilərək, konseptual istiqamətlər üzrə razılıq əldə edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!