Azərbaycan fındıq ixracından nə qədər gəlir əldə edib? | Banco.az

Azərbaycan fındıq ixracından nə qədər gəlir əldə edib?

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 80,3 milyon dollar dəyərində meşə fındığı ixrac edib.

Banco.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sonuncu icmal buraxılışına istinadən xəbər verir.

Ötən ilin eyni dövründə Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlirin həcmi 75,6 milyon dollar olub.

Əlavə edək ki, cari ilin oktyabr ayında meşə fındığı ixracından Azərbaycan  9,6 milyon dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə isə bu göstərici 19,7 milyon dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et