Azərbaycan fevralda Türkiyədən e-ticarət vasitəsi ilə məhsul idxal edən əsas ölkə olub | Banco.az

Azərbaycan fevralda Türkiyədən e-ticarət vasitəsi ilə məhsul idxal edən əsas ölkə olub

Bu ilin fevral ayında Azərbaycan Türkiyənin e-ticarət lideri “Trendyol” şirkəti vasitəsilə ən çox türk malları alan ölkə olub.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, “Trendyol” şirkəti vasitəsilə türk malları alan 2-ci ölkə Səudiyyə Ərəbistanı olub.

Hesabat dövründə elektron ticarət platforması vasitəsilə xarici bazarlara ən çox köynək, paltar, idman ayaqqabları və pijama dəstləri göndərilib.

Fevralda “Trendyol” ilə Türkiyə ərazisi daxilində ən böyük ixrac İstanbul, Bursa, İzmir, Ankara və Adanaya həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən “Trendyol” mikro ixrac həlləri vasitəsi ilə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram