Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-mart aylarında Azərbaycana 24 milyon 824 min ABŞ dolları dəyərində 11 min 889 ton ət idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən ətin miqdarı 2,2% artıb, dəyəri isə 2,2% azalıb.
Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycana 25 milyon 380 min dollar dəyərində 11 min 630 ton ət idxal edilib.
Qeyd edək ki, hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,44%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!