Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək | Banco.az

Azərbaycan ərəb ölkələrinə süd məhsulları ixrac edəcək

"Azərbaycan Qətər və Birləşmiş Ərəb Əmirliklərinə süd məhsulları ixrac edəcək".

Bunu “Report”a açıqlamasında Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov bildirib. 

Onun sözlərinə görə, yerli süd bazarındakı vəziyyət, məhsulların satışı ilə bağlı problemlər emal müəssisələrini ixrac barədə düşünməyə vadar edib. 

Ən sərfəli kredit üçün müraciət et

"Söhbət əsasən pendir ixracından gedir. İxrac üçün hazırdlıq görülür və yaxın zamanlarda həyata keçirilməsi planlaşdırılır”,-  S.Eyyubov deyib. 

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et