Azərbaycan əmtəəlik elektrik enerji istehsalını 4,5% artırıb | Banco.az

Azərbaycan əmtəəlik elektrik enerji istehsalını 4,5% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 22 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 4,2% çoxdur.

İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-noyabr aylarında 21,2 mlrd. kVt-saat təşkil edib (artım 4,5%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 19,6 mlrd. kVt-saat istilik (5,6%-lik artım), 1,46 mlrd. kVt-saat su elektrik (-10,3%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

APA