Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-avqust aylarında elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 1 971 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, bu ilin 8 ayında ölkənin elektromobil idxalının dəyəri 78 milyon 483 min dollar olub. Ötən aylarda elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 168 ədəd, dəyər ifadəsində isə 4 milyon 347 min dollar və ya 5,9% artıb.
Xatırladaq ki, 2023-cü ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 1 803 ədəd, dəyəri isə 74,1 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!