Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana 2026-cı ilin yanvar-fevral aylarında 204 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumata görə, ölkənin elektromobil idxalının dəyəri isə 5 milyon 92 min dollar olub. Hesabat dövründə elektromobil idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 105 ədəd, dəyər ifadəsində isə 6 milyon 992 min dollar və ya 2,4 dəfə azalıb.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə idxal edilən elektromobillərin sayı 309 ədəd, dəyəri 12,1 milyon dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
