2021-ci ildə Azərbaycan 1 677 mln. kVt/s elektrik enerjisi ixrac edib, 151,5 mln. kVt/s elektrik enerjisi idxal edib.
Bu barədə Energetika Nazirliyinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə müvafiq olaraq 45,7 % və 11 % çoxdur.
Ötənilki ixracın 289,6 mln. kVt/s-ı, idxalın isə 10,5 mln. kVt/s-i dekabr ayının payına düşüb. Bu, əvvəlki ilin dekabr ayına nisbətən müvafiq olaraq 68,7 % çox və 1,9 % azdır.
report
Bizi sosial şəbəkələrdən izləyin!!