Azərbaycan elektrik enerjisi istehsalını 5,6 faiz artırıb | Banco.az

Azərbaycan elektrik enerjisi istehsalını 5,6 faiz artırıb

Azərbaycan 2023-cü ilin yanvar-may aylarında elektrik enerjisi istehsalını 5,6 faiz artırıb.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, o cümlədən, bu ilin ilk 5 ayı ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 11,886 milyard kilovat-saat olub.

"2023-cü ilin hesabat dövründə Azərbaycandan ixrac edilən elektrik enerjisi 1,253 milyard kilovat-saat, ölkəyə idxal olunan elektrik enerjisi isə 50,3 milyon kilovat-saat olub.

2022-ci ildə ölkədə 28,988 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik hesablamada 4 faiz artım deməkdir. İxracın payına 3 milyard kilovat-saatdan çox elektrik enerjisi düşdüyü halda, ölkəyə idxal 137,1 milyon kilovat-saat olub", - deyə nazir vurğulayıb.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram