Bu ilin yanvar ayında Azərbaycan əhalisinin nominal gəlirləri 5 milyard 967,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,7 % artaraq 584 manata çatıb.