2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78050,2 milyon manata çatıb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirib.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 7686,9 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri 69341,2 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!