Banco.az-ın Azərbaycan Mərkəzi Bankına verdiyi xəbərə görə, banklarda əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2016-cı il oktyabr ayının 1-nə 7 931,9 mln. manat təşkil edib.
Bu sentyabrın 1-nə olan analoji göstərici ilə müqayisədə88,1 mln. manat və ya 1,12% artım deməkdir.
Qeyd edək ki, yanvarın 1-i ilə müqayisədə əhalinin əmanətləri 842,4 mln. manat və ya 11,9%, 2015-ci ilin analoji dövrünə nisbətən isə 611,6 mln. manat və ya 8,35% artıb.