Azərbaycan əhalisinin dollara tələbatı 15 dəfə artıb | Banco.az

Azərbaycan əhalisinin dollara tələbatı 15 dəfə artıb

Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçirib. 

Bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur. 

Apreldə əhali banklardan 545,660 mln. dollar alıb, banklara 133,928 mln. dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-fevral aylarında aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib. 

Report.az