Azərbaycan əhalisinin banklarda olan əmanətləri nə qədərdir? | Banco.az

Azərbaycan əhalisinin banklarda olan əmanətləri nə qədərdir?

2019-cu il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 8 milyard 811,1 milyon manat təşkil edib.

Əmanətlərin 55,4 faizi xarici, 44,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 32,3 faiz artıb, xarici valyutada əmanətlər isə 5,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu il noyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 milyard 445,8 milyon manat təşkil edib, onun 11 milyard 758,3 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,6 faizini təşkil edib.

Trend

Ən sərfəli krediti almaq üçün müraciət et