"Azərbaycan əhalisinin 78%-i internet istifadəçisidir ki, onun da 72%-i genişzolaqlı internet istifadəçiləridir".
Bunu IV Beynəlxalq "Caspian Energy Forum-2017"-də çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycanda xüsusi işçi qrupu yaradılacaq: "Kiçik və orta sahibkarlar İKT imkanlarından istifadə edərək öz işlərini daha da genişləndirməlidirlər".
Nazir müavini deyib ki, Azərbaycan əhalisinin 100%-i mobil telefondan istifadə edən ölkələr sırasındadır.
"Bir neçə il əvvəl Azərbaycan Trans-Avrasiya Super İnformasiya Magistralının çəkilməsi ilə bağlı təklif irəli sürmüşdü. Bu işlər çərçivəsində Xəzərin altından iki istiqamətdə xətt çəkilməsi nəzərdə tutulub", - deyə E.Vəlizadə əlavə edib.
Mənbə: Report.az