Azərbaycan əhalisinin 2024-cü il üçün gəlirləri və xərcləri açıqlandı | Banco.az

Azərbaycan əhalisinin 2024-cü il üçün gəlirləri və xərcləri açıqlandı

Azərbaycan əhalisinin gəlirləri 2024-cü ilin sonuna 73 450,5 mln. manat təşkil edəcək ki, real artım tempi 4%-ə bərabər olacaq.

Bu, 2021-ci il üçün büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"ndə əksini tapıb.

2021-ci ildə ölkə əhalisinin gəlirləri 60 039,4 mln. manat (real artım tempi 3,3%), 2022-ci ildə – 64 364,4 mln. manat (4,3%), 2023-cü ildə isə 68 721,3 mln. manat (3,8%) olacağı proqnozlaşdırılır.

Xərclərə gəldikdə, Azərbaycan əhalisi 2021-ci ildə 52 893,9 mln. manat (real artım tempi 3,4%), 2022-ci ildə – 56 603,7 mln. manat (4,1%), 2023-cü ildə – 60 344,1 mln. manat (3,7%), 2024-cü ildə isə 64 543,9 mln. manat (4,1%). 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et