Azərbaycan əhalisi yanacağa 6 milyard manatdan çox pul xərcləyib – Son 5 il | Banco.az

Azərbaycan əhalisi yanacağa 6 milyard manatdan çox pul xərcləyib – Son 5 il

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-may aylarında avtomobil benzini və dizel yanacağının alınmasına 1 milyard 631 milyon manat xərc çəkilib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, illik müqayisədə 5,4% artım deməkdir. 

Əhalinin son 5 ildə yanacaq xərcləri artmaqda davam edib. 5 ildə (yanvar-may dövrü) ümumi yanacaq xərci isə 6 milyard 565 milyon manata bərabər olub:

İllər (Yanvar-may ayları)

Yanacaq xərcləri

2026

1 milyard 631 milyon manat

2025

1 milyard 466 milyon manat

2024

1 milyard 252 milyon manat

2023

1 milyard 180 milyon manat

2022

1 milyard 36 milyon manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram