Azərbaycan əhalisi yanacağa 1,5 mlrd. manat xərcləyib | Banco.az

Azərbaycan əhalisi yanacağa 1,5 mlrd. manat xərcləyib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar avtomobil benzini və dizel yanacağına 1 mlrd. 471 mln. manat xərcləyiblər.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8.1% çoxdur.

2023-cü ilin yanvar-iyun aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5.6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram