Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini azaldıb | Banco.az

Azərbaycan əhalisi Türkiyəyə pul köçürmələrini azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi azalıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə fiziki şəxslər tərəfindən Türkiyəyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 milyon 614 min dollar, yaxud 13 faiz daha az pul köçürülüb.

Bununla da Türkiyəyə köçürmələrin ümumi həcmi 104 milyon 476 min dollara enib.

Qeyd edək ki, ötən ilin 9 ayında Azərbaycandan ən çox pulun köçürüldüyü ölkə (28,9% payla) Türkiyə olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram