Azərbaycan əhalisi ötən il avtomobil yanacağının alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi ötən il avtomobil yanacağının alışını azaldıb

2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır.

Təkcə dekabr ayında əhali 171,7 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı satın alıb ki, bu da noyabr ayı ilə müqayisədə 7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et