Azərbaycan əhalisi nağd rubl alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi nağd rubl alışını azaldıb

Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 163,137 mln. rubl təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 14,2%, illik müqayisədə isə 50,9% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-oktyabr ayları ərzində 2,355 mlrd. rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,4% azalma deməkdir.

Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1,253 mlrd. rubl təşkil edib ki, bu da aylıq müqayisədə 6,1%, illik müqayisədə isə 2,7% azdır.

Hesabata əsasən, bu ilin yanvar-oktyabr aylarında əhalinin satdığı nağd rubl kütləsinin həcmi 11,408 mlrd. rubl olub. Bu isə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6% azdır. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et