Azərbaycan əhalisi nağd dollar alışını azaldıb | Banco.az

Azərbaycan əhalisi nağd dollar alışını azaldıb

Azərbaycan Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatlarına dair statistik göstəriciləri açıqlayıb.

2019-cu ilin 10 ayı ərzində banklar və Azərpoçt tərəfindən 1 milyard 531 milyon 828 min valyuta vahidi məbləğində ABŞ dolları alınıb, 2 milyard 90 milyon 272 min valyuta vahidi məbləğində ABŞ dolları satılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin 10 ayı ərzində ABŞ Dolları üzrə 1 milyard 701 milyon 21 min valyuta vahidi məbləğində alış, 2 milyard 605 milyon 522 min valyuta vahidi məbləğində satış əməliyyatı aparılmışdı. Beləliklə, bankların əhaliyə dollar satışı təxminən 515 milyon 255 min valyuta vahidi və ya 19,7% azalıb. Əhalinin banklara satdığı ABŞ dollarının həcmi isə 169 milyon 193 min valyuta vahidi və ya 9,9% azalıb.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et