Azərbaycan əhalisi bu il nağd avro alışını kəskin azaldıb | Banco.az

Azərbaycan əhalisi bu il nağd avro alışını kəskin azaldıb

Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,615 mln. avro təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 43,4% azdır.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə isə 3,8 dəfə azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında isə ölkə əhalisi 203,741 mln. avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,2% azdır.

Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 4,465 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 11,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5,4 dəfə azdır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et