Azərbaycan əhalisi bu il bank kartlarından 5,5 mlrd. manatdan çox vəsait nağdlaşdırıb | Banco.az

Azərbaycan əhalisi bu il bank kartlarından 5,5 mlrd. manatdan çox vəsait nağdlaşdırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisi debet və kredit kartları vasitəsilə 5,569 mlrd. manat nağdlaşdırıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ölkə daxilində debet və kredit kartları vasitəsilə aparılan ümumi əməliyyatların 73,6%-ni təşkil edir.

Cari ilin I rübündə əhali tərəfindən nağdlaşdırılan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,7% artsa da, kartlar vasitəsilə aparılan ümumi əməliyyatların həcmində payı 5,5 faiz bəndi azalıb.

Qeyd edək ki, 2021-ci ilin I rübündə Azərbaycanda debet və kredit kartları vasitəsilə 2,001 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib, bu da illik müqayisədə 49,4% çoxdur.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram