Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir | Banco.az

Azərbaycan dünyanın ən islahatçı 10 ölkəsindən biridir

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business” hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, Azərbaycan bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olub.

Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press-relizdə bildirilib ki, bir sıra üzv ölkələrin “Doing Business” hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanıb, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram