Azərbaycan dünyada bank aktivlərinin artım sürətinə görə 3-cü ölkə olub | Banco.az

Azərbaycan dünyada bank aktivlərinin artım sürətinə görə 3-cü ölkə olub

Bu qənaətə “The Banker” jurnalı apardığı araşdırmadan sonra gəlib.

Jurnalın hazırladığı “Top 1000 Dünya Banklarının reytinqi”ndə aktivləri ən sürətlə artan 10 ölkə göstərilib. Azərbaycan reytinqdə bank aktivlərinin 2012-ci il ilə müqayisədə 2013-cü ildə 24.41% artmasına görə 3-cü yeri tutub.

Reytinqdə göstərilir ki, Azərbaycan banklarının cəmi aktivləri 9.78 milyard ABŞ dollarıdır. Amma bu rəqəm Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı göstərici ilə üst-üstə düşmür. Belə ki, AMB-nin məlumatına görə, 2013-cü ilin sonuna bankların aktivləri 26,1 milyard dollar olub. Bu, 2012-ci il ilə müqayisədə təxminən 5 milyard dollar və ya 23,3% çoxdur.

“The Banker”in reytinq siyahısına banklarının aktivləri 31.78% artmış Venesuella başçılıq edir. Bolqarıstan, Filippin və İran banklarının aktivləri  ən böyük nisbətdə yüksələn digər ölkələr olub.

 

 

 

Ölkənin adı

 

Bank aktivlərinin məbləği

(milyard ABŞ dolları ilə)

2012-ci illə müqayisədə

artım dinamikası

1

Venesuela

159,08

31,78%

2

Bolqarıstan

7,44

26,52%

3

Azərbaycan

9,78

24,41%

4

Filippin

145,09

23,79%

5

İran

359,34

23,19%

6

Yunanıstan

494,18

22,77%

7

Qətər

248,47

19,54%

8

Özbəkistan

5,69

19,52%

9

Ukrayna

58,50

19,37%

10

Kosta-Rika

22,89

19,02%

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et