Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə açıq dərs təşkil edilmişdir | Banco.az

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə açıq dərs təşkil edilmişdir

“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasınınvə Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 13  May 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinintələbələrinə “Rəqəmsal Maliyyə Texnologiyalarının inkişafı dövründə mövcud trendlər və əmək bazarına təsiri” açıq dərs təşkil edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Açıq dərs zamanı tələbələrə "Rəqəmsal texnologiya dövründə karyera imkanları", “İnternet bankçılığın biznesdə rolu və istifadənin gətirəcəyi üstünlüklər” və “Süni intellekt və Blockchain gələcəyimizi necə dəyişəcək?” mövzuları üzrə seminarlar təşkil edilmişdir.

Seminarda“Accessbank” QSC, “Expressbank” ASC və “Cryptoyote” şirkətinin mütəxəssisləri təlimçi olaraq çıxış etmişdirlər.